SON XƏBƏR

“Düşmənin texnikası məhv edilməsəydi, atılacaq raket Bakıya düşə bilərdi” (RƏSMİ)

Oktyabr 14
16:47 2020
"Azərbaycan Ermənistanla sərhədyanı dövlətdir. Ermənistan silahlı qüvvəlləri şəhərlərimizə zərbələr endirirlər”.

Qlobal.az-ın Oxu.Az-a istinadla məlumatına görə, bunu Hərbi Hava Qüvvələrinin Qərargah rəisi, general-mayor İkram Əliyev atəşkəs qərarından sonra cəbhədə baş verən hadisələrlə bağlı brifinqdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, dünən düşmənin texnikası məhv edilməsəydi, atılacaq raket Bakıya da düşə bilərdi:

"O zaman zərər törədə və infrastruktura ziyan dəyə bilərdi. Kəşfiyyat məlumatlarına görə, Ermənistan Xankəndi ətrafında Ballıca yaşayış mövqeyindən "Toçka-U” raketi ilə şəhərlərimizə zərbələr endirib”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook