SON XƏBƏR

Düşmənin döyüş texnikası və canlı qüvvəsi məhv edilib

Oktyabr 31
16:29 2020
Oktyabrın 31-də günün birinci yarısında Azərbaycan Ordusu tərəfindən endirilən zərbələr nəticəsində düşmənin döyüş texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Düşmənə vurulan dəqiq atəş zərbəsi ilə Ermənistan silahlı qüvvələrinin 3 ədəd tankı, 1 ədəd "Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd sursatla dolu yük maşını, döyüş mövqeyində və qoşquda olan 3 topu, o cümlədən xeyli sayda canlı qüvvəsi məhv edilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook