Düşmən bir daha qadağan olunmuş raketlərdən istifadə edib
Oktyabr 09
23:18
2020
Ermənistan silahlı qüvvələri tərəfindən Goranboy ərazisinə atılan raketin bombleti zərərsizləşdirilib. "Report"un Qərb Mərkəzinin məlumatına görə, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) cəbhəboyu ərazilərdə öz fəaliyyətini davam etdirir.
Bu gün Goranboy rayon ərazisində boş sahəyə düşən "Smerç" adlanan kaset başlıqlı raketin "9N235" model bombleti ANAMA əməkdaşları tərəfindən zərərsizləşdirilib.



