SON XƏBƏR

Dünyanın o başında Azərbaycan qalmaqalı: 5.6 milyonluq narkotik ora necə gedib?

Noyabr 25
12:26 2019
Azərbaycandan Avstraliyaya 5.6 milyon dollar dəyərində "metamfetamin” aparan şəxs məhkəmə qarşısına çıxarılacaq.

Qaynarinfo xəbər verir ki, bu haqda "The Sydney Morning Herald” polisə istinadən məlumat yayıb. Saytın yaydığı məlumata görə, Azərbaycandan Sidney hava limanına sentyabr ayında beş pərdə göndərilib.

Avstraliya Sərhəd Qüvvələri nümayəndələri paketi açıb və hər pərdənin içərisində bağlı şəkildə "metamfetamin” aşkar edilib.

"Hər pərdədə yumşaq materialın içərisinə bükülmüş təxminən 1,5 kiloqram narkotikin olduğu aşkar edilib,” - NSW polisi mediaya açıqlamasında bildirib.

Polis deyir ki, tapılmış 7,5 kiloqram maddə 5.6 milyon dollar dəyərindədir.

Çatdırılmadan iki həftə sonra Fairfield Local Area-dən olan polis Vederil (Wetherill) Parkında yerləşən Hallstromda bir ünvanda yaşayan 48 yaşlı Arta Zahedini həbs edib. O azadlığqda qalmaq üçün girov ödəməkdən imtina edib.

Ticari miqdarda narkotik idxalında ittiham olunan A.Zahidi bu həftə məhkəmə qarşısına çıxarılacaq.

Gün ərzində mövzu ilə bağlı rəsmi qurumların mövqeyini işıqlandırmağa çalışacağıq.






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook