“Dünyanın gələcəyi ABŞ və Çinin rəqabətindən asılıdır” – Blinken
Oktyabr 29
10:07
2022
Dünyanın gələcəyi qismən Çin və ABŞ arasında münasibətlərin inkişaf dinamikasından asılıdır.
Bu barədə Bloomberq agentliyinə müsahibəsində ABŞ Dövlət katibi Entoni Blinken bəyan edib. Xəbəri oktyabrın 27-də TASS agentliyi yayıb (eadaily.com/ru).
«Düşünürəm, özümə bu barədə hesabat verməliyəm ki, ümumilikdə Çinlə münasibətlər bizim üçün vaciblərdən biridir, əgər ən vacibi deyilsə. Aydındır ki, bizim aramızda rəqabət var. Və bu rəqabət bu baxımdan onu müəyyən edir ki, gələcəkdə dünya nədən ibarət olacaq» - Blinken deyib.
Onun sözlərinə görə, bu gün dönüş anı gəlib çatıb, belə ki, soyuq müharibədən sonrakı epoxa başa çatıb.
«Hazırda onun uğrunda rəqabət gedir ki, ardınca nə olacaq. Çin və ABŞ bu prosesdə iki nəhəng oyunçudur» - Dövlət katibi ardınca deyib.
Bu zaman o, əlavə edib ki, ABŞ Çini yavaşıtmağa can atmır, amma öz maraqları və dəyərlərini qəti şəkildə müdafiə etmək niyyətindədir.
«Tayvanla olduğu kimi, onilliklər boyu mövcud olmuş mövqeyimizi buna nisbətən müdafiə edəcəyik ki, belə fikir ayrılıqları sülh yolu ilə həll olunmalıdır» - Blinken bəyan edib.
Tayvanın status-kvosuna yönəlik Çinin mövqeyində fundamental dəyişikliyi o, qəbuledilməz adlandırıb.