Dünyanın ən məxfi silahı - FOTO/VİDEO
Aprel 30
14:48
2016
Pilotsuz uçuş aparatları qısa zaman ərzində fantastik ixtiradan tam reallığa çevrilib. Bu gün bizim hər birimiz özü üçün əyləncə məqsədilə kamera ilə təchiz edilmiş kiçik dron ala bilər. Lakin bu texnologiyanın həyatımıza güclü və praktiki əlçatmaz silah qismində pilotsuz təyyarələrin hazırlandığı hərbi laboratoriyalardan gəldiyini heç də hər kəs bilmir.
Bu günlərdə Britaniyanın "BAE Systems" texnologiya şirkəti yeni layihə barədə məhdud məlumat təqdim edib: öz oxşarlarından fərqli olaraq "Taranis” ümumiyyətlə insan rəhbərliyi olmadan keçinə biləcək.
Bu nədir?
"Taranis” layihəsi artıq hərbi əməliyyatlarda istifadə edilən ən müasir pilotsuz aparatlardan biridir. 900 km/saat-dan artıq sürətlə hərəkət etmək qabiliyyətinə malik pilotsuz təyyarə rəqibə hər hansı reaksiya üçün macal tapmağa, sadəcə, imkan verimir.
Dronun yaxınlıqda olduğunu yalnız səs həddini aşarkən eşidilən səs büruzə verir.
"BAE Systems"in nümayəndəsi Devid Kouts dronun müasir radar sistemləri üçün də praktiki olaraq görünməz olduğunu iddia edir.
Rəsmi məlumat
"BAE Systems" istehsalçı şirkəti dronun yalnız müşahidə, hədəflərin nişana alınması, kəşfiyyat və digər yardımçı əməliyyatlarda məlumat toplamaqda istifadə olunacağını iddia edir.
"Taranis”i yerdən operator idarə edəcək, lakin verilmiş parametrlər üzrə muxtar uçuş funksiyası da nəzərdə tutulub.
Bundan başqa, sözügedən layihədə dronlar üçün ilk dəfə olaraq stels realizə edilib.
Ölçülər və fəaliyyət
"Taranis” heç də kiçik ölçülərə sahib deyil: uzunluğunun 11, qanadlarının uzunluğunun isə doqquz metr olması onu, hətta böyük hündürlükdə nəzərəçarpan hədəf edir. Lakin istehsalçılar dronun istənilən ələkeçirmə sistemi üçün görünməz qalacağına əmin edirlər.
Operator pilotsuz təyyarəyə nəzərdə tutulan bir neçə tapşırığın yerinə yetirilməsini özündə ehtiva edən hücum proqramını verə bilər: rayona dövrə vurulması, aşkarlanan hədəflər barədə məlumatların göndərilməsi və operatordan təsdiq daxil olduğu halda hücum.
Qərar qəbulu
Texniki olaraq "Taranis” operatorun əmri olmadan da şəxsi təşəbbüsü üzrə hədəflərə hücum edə bilər. Əsas olan bu hücumların verilən parametrlərə uyğun gəlməsidir.
Artıq məşhur alimlər və sahibkarlar məhz bu funksiyaya qarşı çıxırlar. Görünür, onlar "Terminator” ssenarisinin reallaşmasından ehtiyatlanırlar.
Oxşar silahların qadağası tələbi ilə "SpaceX"in baş icraçı direktoru Elon Mask, fizik Stiven Hokinq və "Google" Elmi-araşdırma mərkəzinin direktoru Petra Norviq BMT-yə açıq məktub yollayıblar. (SalamNews)

"Məxfi” qrifi altında
Taranis rəqibi dəqiq, qarşısıalınmaz zərbələrlə sarsıdır. Rəsmi versiyaya əsasən, dron hələ Böyük Britaniya Hava Qüvvələrinə daxil olmayıb; hərbi struktur nümayəndələri ondan döyüş məqsədləri üçün istifadə etməyi planlaşdırmadıqlarını iddia etsələr də, bu, sözügedən dronun terrorçuların mövqelərinə hücum etməsi görüntüsü ilə müəyyən qədər ziddiyyət təşkil edir, lakin buna sənədli sübut olmadığı üçün hərbçilər öz mövqelərini müdafiə etməkdə davam edə bilərlər.

Qlobal.az