Dünyada nə qədər insan yazıb-oxuya bilmir?
İyun 16
10:37
2022
Dünyada 770 milyondan çox yetkin insan, o cümlədən 126 milyon gənc oxuya və yaza bilmir.
Bu barədə UNESCO-nun baş direktoru Odri Azule Mərakeşdə Böyüklər üçün Təhsil üzrə 7-ci Beynəlxalq Konfransda videobağlantı ilə çıxış edərkən bildirib.
Onun sözlərinə görə, yazıb-oxuya bilməyənlər 10 faiz təşkil edir, bunun da təxminən üçdə ikisi qadınlardır.