Dünyada koronavirusa qarşı hazırlanan peyvəndlərin 70%-i 10 ölkəyə gedib
Noyabr 24
09:05
2021
"Vaksinlərin qlobal paylanmasında şokedici balanssızlıq qalmaqdadır. Ümumilikdə dünyada 7,3 milyard dozadan çox peyvənd istifadə olunub, lakin bunun təxminən 70%-i yalnız 10 ölkəyə gedib”.
"Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus bildirib.
O qeyd edib ki, hazırda dünya sakinlərinin demək olar ki, 40%-i tam peyvənd olunub, amma Afrikada bu rəqəm cəmi 6 faiz təşkil edir.
Onun sözlərinə görə, eyni bərabərsizlik koronavirus testlərinin əldə edilməsində də müşahidə olunur.
Baş direktor ilin sonuna kimi bütün ölkələrdə əhalinin ən azı 40%-nin peyvənd olunmasına nail olmaq üçün ÜST-nin qarşıya qoyduğu vəzifəni xatırladıb. Onun sözlərinə görə, bunun üçün 11 milyard doza vaksin lazımdır.