Dünyada ilk onluğa düşən, Nobel alan azərbaycanlı qadın
Dekabr 17
00:28
2018
Qlobal.az Kult.az-a istinadən 2003-cü il Nobel Sülh Mükafatı laureatı Şirin Ebadi haqqında yazını təqdim edir:
Azərbaycanlı hüquq müdafiəçisi Şirin Ebadi 1947-ci ildə Cənubi Azərbaycanın Həmədan şəhərində anadan olub.
Dövrünün ticarət hüququ üzrə ilk alimlərdən olan atası Məhəmmədəli Ebadi 1948-ci ildə ailəsini də götürüb Tehrana köçür. Şirin xanım 1965-ci ildə Tehran Universitetinin hüquq fakültəsinə qəbul olur və 1969-cu ildə buranı bitirir.
Təhsil pillələrini uğurla qalxan Şirin Ebadi 1975-ci ildə İranın ilk qadın məhkəmə sədri olur. Lakin İran İslam İnqilabından sonra təqaüdə çıxmaq məcburiyyətində qalır. Qarşılaşdığı çətinliklərə rəğmən, öz yolundan, əqidəsindən dönmür.
Füruhərin qətli
Ş.Ebadi 90-cı illərdən etibarən müxtəlif qəzet və dərgilərdə mütəmadi yazılar yazmağa, proseslərə münasibət bildirməyə başlayır. Bu vaxtlar Ebadi artıq universitetdə hüquqdan dərs keçir, qadın və uşaqlar üçün müxtəlif kampaniyalar təşkil edirdi.
O, İranda çox ağır cinayət işlərində vəkillik məsuliyyətini öz üzərinə götürürdü. Xüsusən, 1998-ci ildə həyat yoldaşı ilə birlikdə xüsusi amansızlıqla qətlə yetirilmiş iranlı siyasətçi Dariuş Füruhərin ailəsinin vəkili olmasını buna nümunə göstərmək olar.
Nobel tarixində iki ilk
Ebadinin hüquq sahəsində göstərdiyi fəaliyyət dünyanın da diqqətində idi. Bunun nəticəsi kimi, o, 2003-cü ildə Roma Papasi İkinci İohan Pavel, keçmiş çex prezidenti Vatslav Havelin də yer aldığı 165 namizəd arasından seçilərək, Nobel Sülh Mükafatına layiq görülür və bu mükafatı almış ilk müsəlman qadın kimi tarixə düşür. Nobel Komitəsi mükafatın ona demokratiyanın inkişafı və insan haqları, xüsusilə də İranda qadın və uşaqların hüquqları uğrunda mübarizəyə görə verildiyini açıqlayır.
O, 2009-cu ilin iyununda Brüsseldə keçirilən etiraz aksiyalarında iştirak edərək, Mahmud Əhmədinejadın prezident seçilməsini tanımamağa çağırır. Bundan sonra, 2009-cu ilin noyabr ayında İran hökuməti Şirin Ebadiyə 2003-cü ildə təqdim olunan diplom və medalının olduğu hesabı, eləcə də bank hesablarını blok edir.
Nobel Komissiyası diplom və medalın blok edilməsinin mükafatın 108 illik tarixində ilk olduğunu açıqlayır. Hətta Komitənin yerləşdiyi Norveçdən İran səfirinə bununla bağlı nota göndərilir.
Dünyanın 10-cu intellektualı
Azərbaycanlı hüquqşünas Şirin Ebadi 2005 və 2008-ci illərdə ABŞ-ın "Forein Polisi” və İngiltərənin "Prospekt” dərgisinin keçirdiyi sorğuda "Dünyanın ilk 100 intellektualı” siyahısında ilk 20-liyə düşüb (10 və 12-ci yer).
O, fəaliyyətinə görə dəfələrlə ölümlə hədələnib, ailəsinə təzyiq edilib, xüsusən qızına qarşı ittihamlar irəli sürülüb. Bütün bu təzyiqlər zaman-zaman artsa da, Ebadi yolundan dönmür və bu gün də insan hüquqlarının əsas müdafiəçilərindən biridir.
O, hazırda Londonda yaşayır. Mütəmadi olaraq dünyanın nüfuzlu dərgilərində şərhçi kimi çıxış edir. Xanım hüquqşünas bu çıxışlarında cənubi azərbaycanlıların İranda yaşadıqları problemləri işıqlandırmaqla öz doğma vətəninə, insanına necə sadiq olduğunu bir daha sübuta yetirir.

O, İranda baş verən haqsızlıqlara qarşı öz etiraz səsini ucaldır, təzyiqlərə baxmayaraq, insanların hüquqlarını müdafiə etməkdən çəkinmir.