Dünyada ən yaxşı Prezident İlham Əliyevdir - Müstəqil ekspert qrupunun rəy sorğusu...
Sentyabr 21
10:32
2016
Professor Qüdrət İsaqovun rəhbəri olduğu müstəqil ekspert qrupu sentyabrın 26-da ölkədə keçiriləcək Ümumxalq səsverməsinin- Referendumun 5, 6, 7-ci sorğularına yekun vurub.
Ekspert qrupunun yaydığı press-relizdə bildirilir ki, Referendum təbliğatının bitməsinə cəmi 5 gün, referendum gününə isə 6 gün vaxt qalıb. Vaxtın azlığını nəzərə alaraq referendum haqqındakı 5-ci, 6-cı və 7-ci sorğularımızın nəticələrini və referenduma çağırışlarımızı bir yazıyla yekunlaşdırmaq qərarına gəldik.
Müəllimlər və alimlər cəmiyyətimizin qabaqcıl təbəqəsi olduğundan sorğularımız cəmi bir sual ətrafında qurulmuşdu.
Referendumda iştirak edəcəksinizmi?
Referendumun 5-ci sorğusu (Orta məktəb müəllimləri arasında):
O gün qızımıza nişan gəlməlidi. və s.
Referendumun 6-cı sorğusu (Elmi tədqiqat institutlarında çalışan fəlsəfə doktorları və elmlər doktorları arasında):
Niyə gəlməyəcəyimin səbəbini özüm bilərəm və s.
Referendumun 7-ci sorğusu (Universitet müəllimləri arasında):
Sorğular zamanı müəllimlər, elmi tədqiqat institutlarının alimləri və universitet müəllimləri aşağıdakı fikirləri səsləndirdilər:
Sorğularımızın sonunda seçkiyə gələcəyəm deyəni də, gələ bilməyəcəyəm deyəni də referendumda mütləq iştirak etməyə dəvət edirdik.

Müstəqil Ekspert qrupunun rəhbəri
Prof.Dr. Qüdrət İsaqov
Ekspert qrupunun yaydığı press-relizdə bildirilir ki, Referendum təbliğatının bitməsinə cəmi 5 gün, referendum gününə isə 6 gün vaxt qalıb. Vaxtın azlığını nəzərə alaraq referendum haqqındakı 5-ci, 6-cı və 7-ci sorğularımızın nəticələrini və referenduma çağırışlarımızı bir yazıyla yekunlaşdırmaq qərarına gəldik.
Müəllimlər və alimlər cəmiyyətimizin qabaqcıl təbəqəsi olduğundan sorğularımız cəmi bir sual ətrafında qurulmuşdu.
Referendumda iştirak edəcəksinizmi?
Referendumda iştirak edəcəyəm deyənlərə əlavə sual vermirdik.
Referendumda iştirak etməyəcəyəm deyənlərə əlavə bir sual da verirdik. Niyə?
Referendumun 5-ci sorğusu (Orta məktəb müəllimləri arasında):
5-ci sorğunu 350 nəfər orta məktəb müəllimləri arasında apardıq. Rəyi soruşulan müəllimlərin 96 faizi- yəni 336 nəfəri bildirdilər ki, referendum günü mütləq seçkiyə gəlib səsvermədə iştirak edəcəklər. 4% -yəni 14 nəfər müəllim bildirdi ki, seçkidə iştirak etməyəcəklər. Seçkidə iştirak etməyəcəklərini bəyan edən 14 nəfərdən sual olundu ki, "Niyə?".
Cavablar belə oldu:
Həmən gün başqa şəhərdə işimiz var.
Həmən gün başqa şəhərdə xəstəmiz var, onun yanına gedəcəyik. O gün qızımıza nişan gəlməlidi. və s.
Referendumun 6-cı sorğusu (Elmi tədqiqat institutlarında çalışan fəlsəfə doktorları və elmlər doktorları arasında):
6-cı sorğunu cəmi 100 alim(80 nəfər fəlsəfə doktoru, 20 nəfər elmlər doktoru) arasında apardıq. Rəyi soruşulanlardan 79%-yəni 79 nəfər referendum günü seçki məntəqəsinə gəlib səs verəcəklərini bildirdilər. 21%-yəni 21 nəfər isə bildirdi ki, seçkidə iştirak etməyəcəklər. Ekspertlərimiz sual verdilər ki, "Niyə gəlməyəcəksiniz?"
Cavablar belə oldu:
Referendum günü rayona gedəcəyəm.
Referendum günü Bakıda olmayacağam. Niyə gəlməyəcəyimin səbəbini özüm bilərəm və s.
Referendumun 7-ci sorğusu (Universitet müəllimləri arasında):
7-ci sorğunu da 100 nəfər universitet müəllimləri arasında apardıq. Rəyi soruşulanlardan 98%-yəni 98 nəfər referendum günü seçki məntəqəsinə gəlib səs verəcəklərini bildirdilər. 2%-yəni 2 nəfər isə bildirdi ki, seçkidə iştirak etməyəcəklər. Ekspertlərimiz sual verdilər ki, "Niyə gəlməyəcəksiniz?"
Cavablar belə oldu:
Referendum günü İsmayıllıda təxirə salınması mümkün olmayan mühüm işim var. İsmayıllıya gedəcəm.
Referendum günü Xəzər rayonunda olmalıyam. Sorğular zamanı müəllimlər, elmi tədqiqat institutlarının alimləri və universitet müəllimləri aşağıdakı fikirləri səsləndirdilər:
-İlham Əliyev kimi yaxşı prezident olmayıb.
-Yaxşı olar ki, Prezidentimiz elmi tədqiqat institutlarındakı alimlərin də əməkhaqqlarını 2-3 dəfə qaldırsın, universitet müəllimlərinin əməkhaqqlarına bərabərləşdirsin.
-Dünyada ən yaxşı Prezident İlham Əliyevdi.
-İlham Əliyevin məsləhət bildiyi Konstitusiya dəyişikliklərinə səs verəcəyik.
Sorğularımızın sonunda seçkiyə gələcəyəm deyəni də, gələ bilməyəcəyəm deyəni də referendumda mütləq iştirak etməyə dəvət edirdik.
Xatırladaq ki, Professor Qüdrət İsaqovun rəhbərlik etdiyi müstəqil ekspert qrupu indiyədək müxtəlif məkan və təbəqələr arasında Referendumla bağlı yeddi sorğu keçirib.

Müstəqil Ekspert qrupunun rəhbəri
Prof.Dr. Qüdrət İsaqov
Qlobal.az



