Dünyada ən çox kitab oxunan ölkələr məlum olub - Çin liderdir
Mart 29
20:09
2017
Beynəlxalq Marketinq Araşdırmaları İnstitutunun keçirdiyi sorğunun nəticələrinə əsasən dünyanın ən çox kitab oxuyan ölkələri məlum olub.
Siyahıya Çin başçılıq edir. Əhalisinin sayına görə dünyada 1-ci pillədə olan ölkənin hər 7-ci vətəndaşı, demək olar ki, hər gün kitab oxuyur. Siyahıda ikinci pillədə 57 faizlə İspaniya qərarlaşıb. Rusiya bu siyahıda üçüncüdür.
Araşdırma yaşı 15-dən yuxarı olan və Amerika, Avropa və Asiya qitələrini əhatə edən 17 ölkədə 22 min insan arasında keçirilib. Məlum olub ki, kitab həvəskarları qadınlar arasında üstünlük təşkil edir. Belə ki, soruşulanların 32 faizi gündəlik kitab oxuyur. Kişilər arasında bu rəqəm 27 faizdir.
Sorğunun nəticələrinə əsasən ən az kitab oxuyucusu Hollandiya və Koreya Respublikasındadır.