SON XƏBƏR

Dünyada 1 milyard insan türk seriallarını izləyir

Fevral 29
01:30 2024
Türkiyə istehsalı olan serialların tamaşaçı auditoriyası hazırda 1 milyard nəfərə çatır.

Bu fikirləri Türkiyə Prezidenti Administrasiyasının kommunikasiya idarəsinin başçısı Fahrettin Altun TRT1 televiziya kanalının "Mehmet: Fəthlər sultanı” adlı yeni serialının təqdimatında bildirib.

Onun sözlərinə görə, təkcə üç il ərzində dünyada türk seriallarını almağa maraq 183 faiz artıb.

"Bu gün dünyada 1 milyard insan türk seriallarına baxır. Bu, real uğurun çox mühüm göstəricisidir”, - deyə Altun vurğulayıb.

Türkiyə Prezidenti Administrasiyası təmsilçisi diqqəti yerli kino sənayesinin gələcək inkişafının mühümlüyünə çəkərək deyib: "Filmlərin və serialların istehsalı Türkiyənin tanınmasına böyük töhfə verir, ölkəmizin nüfuzunu möhkəmləndirir”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook