SON XƏBƏR

Dünya şöhrətli rəssam Devid Hokninin sərgisi açılacaq

Fevral 27
18:09 2016
Londonun "Tate Britain” muzeyində dünya şöhrətli britaniyalı rəssam Devid Hokninin 80 illik yubileyi münasibətilə sərgi açılacaq.
 
buro247.az xəbər verir ki, sərgi 2017-ci ildə baş tutacaq. Son otuz ilin ən böyük retrospektiv sərgisində rəssamın 160-dan çox rəsm əsəri nümayiş olunacaq. Bura ötən əsrin 60-cı illərindən başlayaraq rəssamın yaratdığı rəsm əsərləri və fotoları daxildir.
 
Qeyd edək ki, rəssamın yaradıcılığına həsr olunan sonuncu sərgi 1988-ci ildə Los-Ancelesdə baş tutub. Rəssam uzun illər ABŞ-da yaşayıb. O, 60-cı illərin pop-art cərəyanının ən görkəmli nümayəndələrindəndir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook