SON XƏBƏR

Dünya onların dərdini çəkir - Türk həkimləri isə Bakıda kef partladır (FOTOLAR)

Fevral 12
11:38 2023
"Bu fotolara diqqətlə baxın! Hazırda bütün Türkiyə qan ağlayır, zəlzələdə ölənlərin sayı 25 minə yaxınlaşır. Türkiyənin acısını hər birimiz öz evimizdə yaşayırıq. Amma 2 gün öncə Türkiyədən gələn oftalmoloqların etdikləri rəzalətə diqqət edin!"
 
Qlobal.az xəbər verir ki, bu sözləri jurnalist Samir Feyruzov feysbuk səhifəsində yazıb:
 
"Mənəviyyatına çat düşən bu adamlar (?) 2 gün öncə Bakıya qonaq gəliblər, konfrans keçiriblər, daha sonra da məclis təşkil edib mahnılar oxuyurlar, qədəhlər toqquşdururlar, çalıb oynayırlar. Videoları da var, amma paylaşmaq istəmədim.

Dünyanın müxtəlif ölkələrindən gələn oftalmoloqları bir yerə yığan, onlara əyləncə təşkil edən isə göz həkimi Cahid Şahbazovdur. O C.Şahbazov ki, illərdir Xoşqədəmin verilişində reklamı gedir.

Həmişə demişəm, bir daha deyirəm, bunlarınki paradır, puldur. Pulumuz olmayanda üzümüzə baxmayıblar. İndi Azərbaycan güclüdür deyə, "kardeş" pafosu püskürürlər. Biz daha nə etməliyik ki? Öz xalqımla, dövlətimlə qürur duyuram,  ağızlarından "abla, kardeşim, aşkım" kəlmələri düşməyən Türkiyə türkləri heç bir halda bizdən üstün, güclü deyildir, ola da bilməz. Azərbaycan varsa, türk dünyası var, yoxdursa, türk dünyası da yoxdur. Yəni, başçı da bizik, döyüşçü də bizik, alim də! Yığışdırın, bu böyük qardaş axtarmaq sevdasını...

Kimsə yaza bilər ki, hansısa 3-5 nəfərə görə belə danışmaq olmaz. Qısası, mənim yox, öz fikirlərinizə şam tutun. 

Mən daha güclü və daha böyük Azərbaycanın tərəfindəyəm, kim başqasına qulbeçəlik etmək istəyirsə, etsin. Alnınıza qul yazılıb. Dünən rusun, bu gün osmanlıların, sabah ingilisin... İmkanınız olsa, ölkənin müstəqiliyini ləğv edib Türkiyəyə birləşdirərsiniz.

Nə yaxşı ki, bu ölkənin rəhbəri bütün günü "Turan" fışqıran, bambılı qurdbarmaqlı siyasətçilər yox, məhz İlham Əliyevdir - praqmatik siyasətin mahir ustası! 

Öz ölkəsinin dərdinə şərik çıxa bilməyən bu dələduz həkimlər və onlara qahmar çıxan C.Şahbazov layiqli cəzasını almalıdır.

İraq olsun, hadisə Azərbaycanda olsaydı, bizim xalq heç vaxt təşkilatlanıb oğurluq etməz, yardım daşıyanların qarşısını kəsməz, saxta AFAD fondu yaratmazdı, ordakı biabırçılıqların bircə faizi burda olmazdı. Zəlzələdən ölkə bir-birinə dəyib, amma siyasətçiləri fürsətdən sui istifadə edərək Ərdoğanı vururlar. Öz qədrimizi bilək!".
 
Qlobal.az
 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook