"Dünya nüvə silahından təmizlənməlidir" - Barak Obama
Dekabr 10
12:47
2022
"Gələcək nəsillər naminə dünya nüvə silahının tamamilə aradan qaldırılmasına çalışmalıdır”.
"Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş Prezidenti Barak Obama dekabrın 10-da Yaponiyanın Xirosima adasında keçirilən Nüvə Silahsız Dünya uğrunda Beynəlxalq Qrupun birinci konfransının iştirakçılarına videomüraciətində bildirib.
İclasın ilk günündə ABŞ-ın keçmiş Prezidenti Barak Obama və BMT-nin Baş katibi Antoniu Quterrişin videomüraciətləri olub. Tədbir iştirakçıları arasında BMT-nin tərksilah məsələləri üzrə keçmiş ali nümayəndəsi Angela Keyn, NATO Baş katibinin keçmiş müavini Rouz Qottemüller və başqaları da var.
Qeyd edək ki, dekabrın 10-11-də Yaponiyanın Xirosima şəhərində Nüvə Silahsız Dünya Uğrunda Beynəlxalq Qrupun (IGEP) birinci konfransı keçirilir.



