Dünya nəhənglərinin heyrət etdiyi 3 türk - Video
Yanvar 23
10:09
2017
Kiber hücumlar həqiqi müharibələr kimi böyük dağıntılara, zərərlərə yol açır. Sadəcə kompüter klaviaturasına toxunaraq milyonlarla dollar məbləğində zərər vermək mümkündür.
Axar.az xəbər verir ki, xəstəxana, hər cür sosial xidmət, təhlükəsizlik, kəşfiyyat, iqtisadiyyat, ticarət, bankçılıq, hərbi sirlər kimi müxtəlif sahələrdə həyata keçirilən kiber hücumlar bir ölkəni iflic edə bilər. Ona görə dövlətlər bu sahəyə küllü miqdarda investisiya yatırırlar. Çin, ABŞ, Rusiya və Hindistan kimi ölkələrin kiber ordularının olduğunu söyləyə bilərik. Türkiyə də artıq kiber ordu yaratmağa başlayıb.
Bütün dünyada məşhur olan 3 türk haker var ki, onlar inanılmaz uğurlara imza atıblar. Onlar istedadlarından sui-istifadə edən, pisniyyətli, zərərli işlər görən şəxslər deyil. Öz etdikləri işlərlə də bunu göstərirlər. Sözügedən türklərdən biri "Əpl"i çökdürən İbrahim Baliçdır. O, bir çox məşhur şirkətlərə zəif məqamlarını göstərərək müxtəlif mükafatlara layiq görülüb.
Digər türk isə Can Yıldızlıdır. O, Pentaqonun təşkil etdiyi digital tibb yarışmasında Pentaqonun bütün müdafiə sistemini alt-üst edərək gizli sənədləri qısa müddətdə əldə keçirmiş və 52 ölkəni təmsil edən 147 qrupu geridə qoyub 1-ci yerə layiq görülmüşdü.
Ən məşhur isə İskorpitks adlı hakerdir. "Dünya hakerlərinin şahı" titulunu daşıyır. İki dəfə dünya rekordu qıran haker on dəqiqədə 43 min saytı çökdürüb, bununla da bütün rəqiblərini geridə qoyub.
Bütün dünyada məşhur olan 3 türk haker haqda geniş məlumatı videodan izləyə bilərsiniz: