Dünya liderlərinin zirvəsi başladı
Noyabr 15
17:25
2015
Neçə müddətdən bəri həyəcanla gözlənilən G-20 zirvəsində liderlər nəhayət ki, bir araya gəldi. Türkiyənin ev sahibliyi etdiyi bu möhtəşəm tədbirdə əvvəlcə bərabər fotolar çəkdirən liderlər zirvənin keçiriləcəyi ünvana doğru hərəkət etdilər.
Foto mərasimindən sonra Rusiya prezidenti V.Putinin Azərbaycan prezidenti İlham Əliyevə yaxınlaşaraq səmimi salamlaşması diqqət çəkdi. Amerika lideri Almaniyanın kansleri A.Merkellə yolboyu nəyinsə qızğın müzakirəsini aparırdı. Türkiyə prezidenti R.T.Ərdoğan Səudiyyə Şeyxi ilə hansısa məsələlərdən həhs edirdi. Putin də Yaponiya baş naziri ilə nələrisə dartışırdı. Ümumən liderlərin qruplaşması maraqlı mənzərə yaradırdı.
Cümə günü Parisdə törədilən terror aktları dünya liderlərinin müzakirələrində terrora qarşı mübarizənin əsas məsələ olacağına şübhə yeri qoymur. Görünən budur ki, belə bir mərhələdə Rusiya ilə "soyuq müharibə” arxa plana keçir və Putinin Suriya əməliyyatları ilə bağlı qərar verməkdə haqlı olduğu anlaşılır. Hər halda Rusiya liderinin toplantıda çox sərbəst və rahat görünməsi də bunu deməyə əsas yaradır...
Zirvə toplantısı bu gün və sabah (14-15noyabr) davam edəcək. Zirvənin sonunda Türkiyə prezidenti, ev sahibi R.T.Ərdoğan mətbuat üçün brifinq keçirəcək.




