SON XƏBƏR

DTX-nin Şuşa şəhər idarəsi təsis edilib

Noyabr 13
00:50 2020
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Şuşa şəhərinin strateji əhəmiyyəti nəzərə alınaraq, DTX-nin Şuşa şəhər idarəsi təsis edilib.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin saytında xəbər verilir.

Bildirilib ki, yaxın günlərdə idarənin fəaliyyəti təmin olunacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 29 oktyabr 2020-ci il tarixli fərmanına uyğun olaraq, Dövlət Təhlükəsizliyi Xidmətinin Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı rayonlarında və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli şöbələri xidmətə başlayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook