DTX-nın hərbi qulluqçularının maaşları artırıldı
Yanvar 27
18:15
2025
Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında fərman imzalayıb.
Qlobal.az xəbər verir ki, fərmana əsasən, hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 10 % artırılıb.
Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməli, Dövlət Təhlükəsizliyi Xidməti və Maliyyə Nazirliyi fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Fərman bu il yanvarın 1-dən tətbiq edilir.