DTX-nin əməkdaşları Xocalı abidəsini ziyarət ediblər - FOTOLAR

Fevral 26
16:22
2025
Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı” abidəsini ziyarət ediblər.


Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin məlumatında bildirilir ki, abidənin önünə gül dəstələri düzülmüş, faciə zamanı həlak olanların əziz xatirəsi dərin ehtiramla yad edilmişdir.

