SON XƏBƏR

DTX NAXÇIVANDA DAHA BİR ƏMƏLİYYAT KEÇİRDİ - Ciddi yeyintilər və saxtakarlıqlar aşkarlanıb

Noyabr 29
11:16 2022
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində əməliyyat keçirib.

Bu barədə əslən Naxçıvandan olan ekspert Heydər Oğuz bildirib.

Onun sözlərinə görə, komitənin bir neçə rəhbər şəxsi sorğuya çəkilib. İddialara görə, komitənin fəaliyyətində ciddi yeyintilər və saxtakarlıqlar aşkarlanıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Bəxtiyar İsmayılovdur.
 
Azpolitika.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook