“DSX-nın rəhbər şəxsləri hərbi biletimə haqsız yerə xidmətə uyğunsuzluq maddəsi vurub” - Şikayətçi
Oktyabr 19
11:58
2021
"Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin mənim müraciətlərimə biganə yanaşır”.
Tural Azadəliyev
"4.09.2020- ci il tarixdə xidmətə qəbul olunmuşam. Təhqiqatçı olmaq üçün xidmətə qəbul olunan hər 3 hüquqşünas bu təyin olunan kursu keçdi. Daha sonra digər hüquqşünasa ilkin zabit rütbəsi qanunvericiliyin tələblərinə uyğun olaraq Elçin Quliyevin əmri ilə verildi. Mən və digər hüquqşünas həmkarıma isə ilkin zabit rütbəsi verilmədi. Halbuki bu bərabərlik hüquqlarının kobudcasına pozulmasıdır.
Biz buna etiraz etdik. Lakin DSX-nın rəhbər şəxsləri mənim arqumentlərimizi görməzdən gələrək Xidmətdən xaric olunmağıma dair qanunsuz əmr imzaladı. Bu azmış kimi Elçin Quliyev cənabları mənim hərbi biletimi xidmətə uyğunsuzluğ maddəsinidə vurmaqdan çəkinmədi. Bildirmək istəyirəm ki hərbi qulluqçular xidmətə Bağlaşma əsasında qəbul edilir. Yazdıqlarımı Nazirlər kabinetinin 02.02.2015-ci il 21 nömrəli qərarında təsdiqini tapır. Hüquqi prizmadan bağlaşma özü özlüyündə müqaviləni ehtiva edir. Müqavilənin şərtlərinə isə DSX tərəfindən əməl olunmadığı üçün mən xahiş etdim ki, bağlaşmanı ləğv edin və məni elə ehtiyata buraxın. Lakin DSX rəhbərliyi 1 hüquqşünasa rütbə verib digərini gizir rütbəsində saxlamaq qanunvericiliyin bütün müddəalarını kobudcasına pozubdur.
Hərbi vəzifə və hərbi xidmət keçmək haqqında qanunun 30-cu maddəsinin 3-cü bəndi izah edir ki, Tibb və hüquqşünas profilli hərbi uçot ixtisaslarına malik olan zabitlərin və generalların hərbi rütbələrinə müvafiq olaraq "tibb xidməti” və "ədliyyə” sözləri əlavə edilir. Qanunla və praktikada heç bir hərbiləşdirilmiş və yarıhərbiləşdirilmiş qurumda təhqiqatçıya gizir rütbəsi verilmir. Bundan əlavə praktikada ədliyyə giziri anlayışı mövcud deyil”.
Şikayətçi sonda onu da qeyd edib ki, prezidentə göndərdiyi məktubların itirilməsindən şübhələnir.
"Bəzən elə olur ki, Azərpoçt MMC-nin saytında məktubları izlə bölməsində məktublara aid barkodlar sistem tərəfindən tapılmır. Vətəndaş öz Prezidentinə müraciət etmək hüququndanda məhrum olunur”.
Məsələ ilə əlaqədar qarşı tərəfin mövqeyini yayımlamağa hazırıq.