DSMF-nin sektor müdiri Tehranağa Abdullayevin müraciəti
Fevral 20
17:27
2016
Saytınızda yerləşdirdiyiniz "DSMF ilə QHT-lər arasında açıq savaş gedir: sektor müdirinin sabotajı” başlıqlıyazı ilə bağlı bildirirəm ki, "Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu Maddəsinəəsasən məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək, hesabat dövründə fəaliyyət göstərmədiyi halda sığortaçıya hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmək sığortaedənin vəzifələrinə aid eilmişdir.
Həmçinin Qanunun 21-ci Maddəsində sığortaedənlərin (kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla) məcburi dövlət sosial sığortasıüzrə uçota durma qaydalarını pozmalarına görə, o cümlədən uçota durmadıqda həmin dövr ərzində hesablanmalı olan məcburi dövlət sosial sığorta haqqı bərpa edilməklə, — sosial sığorta haqqının 5 faizi məbləğində, hesablanmalı olan sosial sığorta haqqının məbləğini müəyyənləşdirmək mümkün olmadıqda, iyirmi iki manat miqdarında, sığortaedənlərin məcburi dövlət sosial sığortası iləəlaqədar hesabat və maliyyə sənədlərinin vaxtında təqdim edilməməsinə görə— hesabat dövrüüçün hesablanmış sosial sığorta haqqının 10 faizi məbləğində, hesabat dövrüüçün hesablanmalı olan sosial sığorta haqqının məbləğini müəyyənləşdirmək mümkün olmadıqda, qırx dörd manat miqdarında maliyyə sanksiyası nəzərdə tutulmuşdur.
Bu səbəbdən adını qeyd etdiyiniz vətəndaşa qanunvericiliyin tələblərini pozduğuna görə rəhbərliyi etdiyi hüquqi şəxsə maliyyə sanksiyasının tətbiq edildiyi bildirilmişdir.
Belə ki, Rza Rzayevin rəhbərliyi etdiyi və 2004-cü ildə yaranmış hüquqi şəxs qanunvericiliyə uyğun olaraq bir ay müddətində uçota durmalı olduğu halda bu günə kimi uçota durmamış və müvafiq hesabatları Fondun yerli orqanına təqdim etməmişdir.
Göstərilənləri və yazıda şərəf və ləyaqətin ləkələnməsini, böhtan xarakterli ifadələrin işləndiyini nəzərə alaraq yazının saytınızdan silməyinizi Sizdən xahiş edirəm. Əks halda saytınızın "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununun müddəalarını pozması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində olaram.
Rza Rzayev adlışəxsin isə bədii filmlə real həyatı qarışdırmağı təbii haldı. Yəqin böyüyəndə hər şeyi başa düşər. Orda-burda danışmaqdansa hüquqi dövlətdə yaşadığımızı bilsin və dövlətimizin Qanunlarına riayət edərək rəhbərlik etdiyi hüquqi şəxsi dövlət orqanında uçota salsın və hesabatları təqdim etsin.
Hörmətlə, DSMF-nin Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş departamentinin sektor müdiri
Tehranağa Abdullayev
P.S. Qlobal.az informasiya portalı olaraq bildiririk ki, 19 fevral 2016-cı il tarixdə saytımızda yayımlanan "DSMF ilə QHT-lər arasında açıq savaş gedir: sektor müdirinin sabotajı" adlı yazını istinadən yayımlamışıq. Məqalədə yer alan digər iddialarla yanaşı aktyor Rza Rzayevin fikirləri redaksiyanın mövqeyini qətiyyən əks etdirmir. Qlobal.az informasiya portalı olaraq fəaliyyətə başladığımız qısa müddət ərzində qanunların aliliyinə hörmət edərək dövlətimizin və cəmiyyətimizin inkişafı üçün çalışmışıq. DSMF-nin Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş departamentinin sektor müdiri Tehranağa Abdullayevin haqqında bəhs edilən məqaləyə münasibət bildirərək saytımıza ünvanladığı müraciətdə səsləndirdiyi arqumentlərin əsaslandırılmış olduğunu nəzərə alaraq saytımızdan adıçəkilən xəbəri silirik.



