SON XƏBƏR

Dörd ölkənin rəsmisi Vyanada toplaşdı

Oktyabr 25
11:37 2015
Avstriyanın Paytaxtı Vyanada dörd ölkənin rəsmisi arasında iclas keçirilib.
 
Qlobalinfo.az Türkiyənin FOX tv-na istinadən xəbər verir ki, Türkiyə, ABŞ, Rusiya və Səudiyyə Ərəbistanı rəsmiləri arasında görüş keçirilib.
 
Görüşün əsas mövzusu Suriya məsələsi olub. Məlumata görə, rəsmi Moskva bundan sonra keçiriləcək iclaslarda bölgənin iki vacib fiqurunun – İran və Misirin də yer almasının lazım olduğunu bəyan edib.
 
Rusiya Xarici İşlər naziri Serqey Lavrov xüsuslə İranın olmadığı iclasda Suriya məsləsinin həll olunmasının çətin olduğunu dilə gətirib. İrana qarşı çıxmayan rəsmi Ankara, bu görüşlərdə Misirin adının çəkilməsindən narahatlıq duyub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook