Dörd ay əvvəl işdən çıxarılan DSMF müdiri ticarət mərkəzi açdı
May 06
12:15
2020
Azərbaycanda 2018-ci il Prezident seçkilərindən sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə dövlət idarəetməsində struktur və kadr islahatlarına start verildi.
Prezidentin xüsusi nəzarətində olan struktur və kadr islahatları illərlə cəmiyyətdə korrupsiya yuvası kimi tanınan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən də yan keçmədi.
Prezidentin sərəncamı ilə Sahil Babayevin Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri vəzifəsinə təyinatından sonra burada illərlə baş verən maxinasiyaların üstü açıldı, mütəşəkkül formada hərəkət edən nazirliyin vəzifəli şəxsləri ifşa edildi.
Heç də təsadüfi deyil ki, Sahil Babayevin təyinatından sonra minlərlə saxta pensiya və əlillik alan şəxslərin adları cəmiyyətə təqdim edildi, illərlə dövlətdən oğurlanmış milyonlarla vəsait geri qaytarıldı. Bu işə qol qoyan, vəzifə səlahiyyətlərindən istifadə edərək özlərinə villalar, obyektlər, ticarət mərkəzləri tikdirən korrupsioner məmurlar isə vəzifədən uzaqlaşdırıldı.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şəffaflığın təmin olunması, korrupsiyanın kökünün kəsilməsi istiqamətində aparılan mübarizə bu gün yüksək sürətlə davam etməkdədir.
Vaxtilə vəzifədə olarkən saxtakarlıq edərək dövlətin vəsaitini oğurlayan, özlərinə villa, ticarət mərkəzləri tikdirən məmurların ifşası bu gün davam etməkdədir.
Qlobal.az xəbər verir ki, AzFakt.com-un əldə məlumata görə vəzifədə olarkən böyük kapital toplaya bilmiş məmurlardan biri də Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinin müdiri Kamran Muradovdur. Dörd ay bundan əvvəl yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən çıxarılan Kamran Muradov özünə vaxtında "gün ağlayan" məmurlardandır. Belə ki, sabiq DSMF müdiri özünə ticarət mərkəzi tikdirə bilib.
İsmayıllı rayonunun mərkəzində-Heydər Əliyev prospektində olan bu 2 mərtəbəli, 500 kvadrat metrə yaxın ərazisi olan ticarət mərkəzinin hazırkı qiymətinin 200-250 min manat arasında olduğu deyilir.
DSMF-nin İsmayıllı rayon Şöbəsinin müdiri işlədiyi vaxtlarda aylıq vəzifə maaşı 1000 manat civarında olan Kamran Muradovun rayonun mərkəzində, qiyməti yüzminlərlə ölçülən ticarət mərkəzini hansı vəsaitlər hesabına tikdirdiyi yəqin ki, artıq heç kimə sirr deyil...