Dr. Vüqar Şükürov dələduzluqda ittiham edilir
Aprel 03
12:38
2023
Cəlilabadda məşhur həkim barəsində dələduzluq maddəsi ilə cinayət işi başlanıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, terapevt-dermatoveneroloq Dr. Şükürov Vüqar Şakir oğlu çalışdığı "Nuranə” Tibb Mərkəzinə qarşı dələduzluq etdiyinə görə Cinayət Məcəlləsinin 178.2.3 maddəsi ilə barəsində cinayət işi açılıb.
"Nuranə” Tibb Mərkəzinin qanuni təmsilçisi, həkim Sakit Mirişov Qaynarinfo-ya açıqlamasında rəhbəri olduğu tibb mərkəzində uzun müddət çalışmış Vüqar Şükürov barəsində cinayət işi başlandığını təsdiqləyib.
Qeyd edək ki, Vüqar Şükürov barəsində KİV-də müxtəlif tənqidi yazılara rast gəlinir. İddia edilir ki, Vüqar Şükürov Cəlilabad şəhərində yerləşən "Nuranə” Tibb Mərkəzində elmə məlum olmayan aparat vasitəsilə insanlara diaqnoz qoymaqla camaatı yanlış müalicəyə sürükləyərək xalqı soymaqla, genefondumuza zərbə vurmaqla məşğuldur.

Həmçinin qardaşı Şükürov Emil Zakir oğlunun da Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında saxta diplomla pediatr işlədiyi də deyilir.
Qlobal.az