Dostu Rasim Məmmədovun üzünə durdu: “Zavodun pullarını “yuxarı”ya vermək adıyla özünə götürüb”
Oktyabr 18
14:05
2022
"Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı məhkəmə araşdırması davam etdirilib.
Qlobal.az APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda
Rasim Məmmədovun vəkilləri Pərviz Məmmədov və Zibeydə Sadıqova vəsatət qaldıraraq isveçrəli müdafiəçilərin və vəkil Elçin Sadıqovun məhkəməyə buraxılmasını istəyiblər.
Məhkəmə vəsatəti təmin etməyib. Daha sonra prosesdə Rasim Məmmədovun dostu və iş ortağı olmuş Yusif Hənifəzadə dindirilib. Yusif Hənifəzadə iş üzrə ən vacib şahidlərdən biri hesab olunur. Təqsirləndirilən şəxs özü də dəfələrlə bu şahidin adını çəkib. Yusif Hənifəzadə Rasim Məmmədovun bu günə qədər danışdıqlarının yalan olduğunu, onun "Baku Steel Company”ni öz puluyla almadığını, gəlirləri "yuxarılara” çatdırması haqda səsləndirdiyi iddiaların həqiqət olmadığını deyib. Yusif Hənifəzadə şirkətin Rasim Məmmədovun olmadığını bildirsə də, kimə məxsus olduğunu açıqlamayıb: ""Baku Steel Company”nin Rasim Məmmədovdan əvvəlki rəhbərliyi milliyyətcə yəhudi olan iş adamları idi. Onların dövründə baş direktor olan Devid də "Baku Steel Company”ə "Bakcell”dən getmişdi.
Devidə dedim, payçıları (Maşkeyeviç və Beni) yola gətirsin, oranı alaq. Yəhudi iş adamları da buradan getmək istəyirdilər. Beni 25 faizlik payını 15 milyona satdı. Maşkeyeviç satmaq istəmirdi, onu da yola gətirdi. O da özünün 25 faizlik payını satdı. 50 faiz də əvvəldən "Politon” şirkətinə satılmışdı. Necə oldusa, Rasim Məmmədov gəlib Müşahidə Şurasının sədri oldu. Rasim böyük pullar qazanmağa başlayandan sonra çox dəyişdi, hətta mənim zənglərimə da cavab vermirdi”.
Şahidin sözlərinə görə, Rasim Məmmədov həm ölkə daxilində, həm də xaricdə müxtəlif şirkətlər yaradıb, zavodlar alıb, onların vasitəsilə də "Baku Steel Company”ə ziyan vurub: "O şirkətlər hamısı pulyuma vasitəsi idi. "Baku Steel Company”nin armaturlarını ucuz verirdi, onlar da üstünə marja qoyub satırdılar. Bir şirkətin dövriyyəsi şişən kimi başqasını yaradırdı. 2016-2017-ci illərdə Aktauda zavod tikirdi. "Baku Steel”in kassasında 39-40 milyon borc yaranmışdı, maaşları, işıqpulunu verə bilmirdi”.
Yusif Hənifəzadə ifadəsi zamanı Rasim Məmmədovun "Baku Steel Company”ni öz puluyla alması, gəlirləri "yuxarılara” çatdırması haqda səsləndirdiyi fikirlərin də yalan olduğunu bildirib: "Rasim Məmmədov zavodun kassasından çıxan pulları "yuxarı”ya vermək adıyla özünə götürüb. 2020-ci ildə buna tam əmin oldum. Mən zavodda idim, dedi ki, təcili 350 min lazımdı, çatmalıdı. İşçilər düzüb-qoşub düzəltdilər. Həmin gün düşdüm dalınca, onu izlədim, gördüm ki, evinə getdi. Onda başa düşdüm ki, "yuxarı” deyəndə öz evini nəzərdə tuturmuş. Evi axırıncı mərtəbədə yerləşir... Bundan əvvəl isə "Araz” kinoteatrı məsələsində də məni aldatmışdı. 2011-ci ildə kinoteatrın binasının satılması məsələsi ortaya çıxanda Rasim Məmmədov mənə binanı şərik almağı təklif edib. Söz verdi ki, əmlak mənim adıma olacaq. 3.5 milyon pul verdim. 3 ay sonra gördüm ki, atasının adına alıb”.
Rasim Məmmədov isə Yusif Hənifəzadənin həqiqətləri bilə-bilə yalan danışdığını deyərək onu qorxaq adlandırıb: "Təqsir məndədir ki, sizin kimilərlə işləmişəm. Vaxtilə mən Eldar Mahmudovdan canını qurtaranda belə danışmırdın. İndi də başqa bir iş adamının böyründəsən, Allah eləməsin, o da gəlib bura düşsə, gəlib onun da üzünə durarsan”.
Proses oktyabrın 21-i davam etdiriləcək.
Qeyd edək ki, Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.