Dostu baş mühasib, xanımı da köməkçi - Ucarda nə baş verir?
Yanvar 16
09:48
2023
Ucar rayon Mərkəzi Xəstəxanasının fəaliyyətindəki neqativ hallarla bağlı Qlobal.az-ın elektron poçtuna məktub daxil olub.
Məktubu təqdim edirik:
"Ucar rayon Mərkəzi Xəstəxanasının baş mühasibi Rafael Rəsulovun ali təhsili yoxdur.Bu adamın ali təhsili və diplomu olmadığı halda Ucar rayon Mərkəzi Xəstəxanası Hüquqi Publik Şəxsin direktoru Bayramlı Zeynallı onu qanunsuz olaraq baş mühasib vəzifəsinə işə qəbul edilməsinə köməklik göstərib.Bu azmış kimi Rafael Rəsulovun həyat yoldaşı İlahə Rəsulovanı baş mühasibin köməkçisi vəzifəsinə işə qəbul ediblər. Uzun müddətdir ki, İlahə Rəsulova Ucar rayon Mərkəzi Xəstəxanasında adı işdə getsə də özü bir gündə olsun işə gəlməyib. Bunu subut etmək üçün xəstəxanadakı müşahidə kameralarını açıb baxmaq kifayət edər.
Baş mühasib Rafael Rəsulov direktor Zeynal Bayramlı ilə əlbir oub talançılıqla məşğul olurlar. Baş mühasib Rafael Rəsulov talançılq yolu ilə Ucar rayonunda 3 mənzil, Bakı və Gəncə əhərərində isə bir mənzil və 4 bahalı avtomobil alıb.Hansı zərurət yaranıb ki, ali təhsili olmayan Rusiyadan qanunsuz alınmış saxta diplomlu Rafael Rəsulovu böyük bir xəstəxanaya baş mühasib vəzifəsinə işə qəbul ediblər?
Rüblükdə yumuşaq və bərk unvertarların yenilənməsinə dair sənədlər yazılsada heç bir yenilənmə olmur pullar talan edilir.
Adı Ucar rayon xəstəxanasında işdə olub özləri bir gündə olsun işə gəlməyən çoxlu sayda işçilər var ki, onların maaş kartları bu korrupsioner cütlükdədir.Obyektiv araşdırlma aparılarsa bu subut olunacaq.Çünki həmin işçilərin maaş kartlarından pulları baş mühasib Rafael Rəsulov çıxararaq direktor Zeynal Bayramlıya çatdırır.Bankomatda həmin maaş kartların kim tərəfindən istifadə edilməsinə dair çəklişlər var.Bu fakt obyektiv yoxlanılmalıdır. Həmin adamların Ucar xəstəxanasına işə gəlib gəlməmələrinin yoxlanılamsı üçün müşahidə kameralarına baxmaq kifayətdir.
Ucar rayon Mərkəzi Xəstəxanası Hüquqi Publik Şəxsin direktoru Zeynal Bayramlı vəzifəsindən sui-istifadə edərək fərqlənməyə görə premiyaları öz adamlarına yazır qalanını isə mənimsəyir.
Pandemiya dövründə ayrılan küllü miqdarda pullar direktor tərəfindən mənimsənilmişdir.
2005-ci il tarixdə ali məktəbi bitirib həmin ildən Ucar rayonu Qazıqumlaq kənd xəstəxnasına baş həkim vəzifəsinə təyin olunmuş bundan iki il sonra 2007-ci il tarixdə 90.000 əhalisi olan Ucar rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyin olunmuş Zeynal Bayramlının iş fəaliyyəti ancaq belə olmalıdır korrupsiya, özbaşınalıq, talançılıq və saxtakarlıq.Bu adam hansı yüksək göstəricilərə görə ali məktəbi bitirən kimi mühüm vəzifələrə təyin edilib?
Zeynal Bayramlı bu illər ərzində dövlətə küllü miqdarda ziyanlar vurmuşdur. Onun bu korrupsiya əməllərindən dövlət ziyan, əhali və işçilər əziyyət çəkirlər. Ucar rayon sakinlərinin əksəriyyəti tibbi müaynə və müalicə üçün qonşu rayon xəstəxanalarına üz tuturlar.Bunu subut etmək üçün Göyçay rayon Mərkəzi Xəstəxanasının qeydiyyat şöbəsindəki qeydlərə baxmaq kifayətdir.
Qlobal.az məsələ ilə bağlı qarşı tərəfdən münasibət öyrənə bilməyib.
Qlobal.az