Donald Tramp: “Təyyarə partladılıb, ancaq bunu İŞİD-in etdiyinə əmin deyiləm”
Noyabr 09
14:09
2015
ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald bəyan edib ki, Rusiyanın A321 sərnişin təyyarəsinin qəzaya uğramasında İŞİD silahlılarının əlinin olmasına əmin deyil, "çünki himin bölgədə müxtəlif qruplaşmalar var”.
Musavat.com-un verdiyi xəbərə görə, bu barədə o, ABC News telekanalına müsahibəsində deyib.
"Mən düşünürəm ki, bu partlayışdır, ancaq təsdiq edə bilmərəm ki, onda məhz İŞİD silahlılarının əli var. Orada o qədər müxtəlif, səfeh qruplaşmalar var ki”, - deyə o, jurnalistin "Təyyarədə partlayışı İŞİD-in törətdiyinə inanırmı” sualına cavab verərkən söyləyib.



