Donald Tramp Nobel Sülh Mükafatına namizəd göstərilib
Fevral 02
15:38
2016
Müsəlmanlara qarşı sərt çıxışları ilə gündəmə gələn ABŞ-ın Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp Nobel Sülh Mükafatına da namizəd göstərilib.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı İsveçin STV telekanalı yayıb.
Məlumatda bildirilir ki, Donald Trampın namizədliyinə səbəb olaraq, onun "sərt sülh ideologiyasının radikal İslam, İŞİD, atom silahına can atan İran və kommunist Çinə qarşı "önləyici silah" rolunu oynadığı" göstərilib.
Nobelə Mükafatına namizəd göstərilən şəxslərin adları Nobel Komitəsi tərəfindən gizli tutulur. Lakin bu il Nobel Sülh Mükafatına namizəd göstərilənlərin bir qisminin adları mətbuata sızıb.
Bu il Nobel Sülh Mükafatına Angela Merkel, Poma Papası, Rusiyaya qaçan keçmiş ABŞ kəşfiyyatçısı Eduard Snouden və s. namizəd göstərilib.



