Dollarla krediti olanlara qara xəbər
Yanvar 27
09:58
2016
Elman Rüstəmov güzəştlərin edilməsinin maliyyə intizamını poza biləcəyini bildirib, ekspertlər isə güzəştlərin vacibliyini vurğulayırlar
Dollar kreditlərinin məsələsi həll olunmasa da, təkliflər yenilənir. Ekspertlər dəfələrlə güzəştlər barədə təkliflər versələr də, banklar və Mərkəzi Bank dirəniş göstərir. Son olaraq isə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov banklardan dollarla kredit götürənlərə güzəştlərin edilib-edilməyəcəyi məsələsinə münasibət bildirib. Onun sözlərindən aydın olub ki, hökumət bu məsələdə maraqlı deyil.
APA-nın məlumatına görə, E.Rüstəmov deyib ki, "hökumətdə komanda mövqeyi ondan ibarətdir ki, bu, maliyyə intizamını poza bilər. Yəqin ki, bank sektorunun restrukturizasiyası proqramı çərçivəsində baxacağıq ki, banklara yardım vasitəsilə necə edək ki, onlar bu işin öhdəsindən gələ bilsinlər. Dövlətin banklara yardım proqramı çərçivəsində bankların bu istiqamətdə nə iş görə biləcəyinə baxmalıyıq. Yəqin ki, bunu banklarla və beynəlxalq ekspertlərlə müzakirə edəcəyik”.