Dolların qiyməti 1,58 manata düşdü
Mart 18
18:11
2016
Dövlət Neft Fondunun bu gün Azərbaycan Mərkəzi Bankı ilə birgə keçirdiyi valyuta hərracında dolların qiyməti 1,59 manatdan aşağı düşüb.
Fins.az-ın əldə etdiyi məlumata görə, Amerika valyutası banklara 1,589 manatdan satılıb.
Hərraca çıxarılmış valyutanın 2/3 hissəsinin realizə edilməyini nəzərə alsaq, dolların məzənnəsinin martın 28-nə olan məzənnəsinin bu günlə müqayisədə az olacağını proqnozlaşdırmaq olar.