SON XƏBƏR

Direktora qarşı oynanılmış çirkin oyun - Təfərrüat

Noyabr 22
01:44 2016
Təhsil bir millətin gələcəyidir. Təhsilimizin inkişafı hər bir Azərbaycan vətəndaşı üçün önəmli olmalıdır. Etiraf etmək lazımdır ki, Azərbaycanda təhsilin vəziyyəti heç də yaxşı deyil. Bunun əsasındasa, təəssüflər olsun ki, özbaşınalıq, ruşvətxorluq, korrupsiya dayanır. Azərbaycanda təhsildə bir digər problem isə "kimin adamı”olmaqdır. 
 
 

Azər Kazımzadə

Etiraf etmək lazımdır ki, yüksək vəzifəli məmurun qohumu təhsil sahəsindədirsə, deməli, ona heç kim heç nə edə bilməz. Təəssüf ki, bu günümüzün acı bir reallığıdır. Lap dərinə gedəndə təhsilimizin inkişaf etməsi üçün əlindən gələni əsirgəməyən təhsil fədailərimizə qarşı iyrənc oyunlara start verirlər və onları ləkələyib təhsildən uzaqlaşdırırlar. Belə bir iyrənc oyunla üzbəz qalan 230 saylı məktəbin direktoru Elşən Qafarovdur.
 


Elşən Qafarov 23 iyul 1975-ci ildə Lerik rayonun Siyov kəndində ziyalı ailəsində anadan olmuşdur. 1992-ci ildə  Fizika-Riyaziyyat  liseyini bitirib və həmin ildə 17 yaşda olmasına baxmayaraq könüllü şəkildə Ağdam ərazisində Müdafiə batalyonunda düşmənlə döyüşdə iştirak etmişdir.

1992-ci ildə Lənkəran Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub.Helə həmin il döyüşdə şəhid olan qardaşı Mehman Qafarovun 40 mərasimini keçirtdikdən sonra yenidən cəbhəyə gedərək atəşkəs bağlanana qədər döyüşmüşdür.1998-ci ildə ali məktəbi bitirmişdir.

1996-ci ildə ailə vəziyyətinin pis olmasını nəzərə alaraq təhsil formasını qiyabiyə keçirib. Elə həmin il Mehman Qafarov adına Siyov kənd orta məktəbində müəllim fəaliyyətinə başlayıb.Uzun müddət ayrı-ayrı məktəblərdə müəllim fəaliyyətini davam etdirib.

2005-2006-cı illərdə Mehman Qafarov adına Siyov kənd orta məktəbində direktor vəzifəsində işləyib. 2006-2009-ci illər ərzində Bakı şəhəri Xəzər Rayonun Şüvəlan qəsəbəsində Makarenka adına Gimnaziya məktəbində muəllim fəaliyyətini davam etdirib.

2009-2012-ci illər ərzində Xəzər rayonun Şüvəlan qəsəbəsində yerləşən 230 saylı məktəbdə direktor müavini vəzifəsində işləyib. 2012-ci ildən 2016-cı ilin 10 noyabr tarixinə qədər  həmin məktəbdə direktor vəzifəsində işləyib.

Elşən Qafarov harda işləməsindən asılı olmayaraq yüksək hörmət sahib olmuş, təhsilimizin inkişafına bir çox töhfələrini vermişdir. Həm şagirdlər, həm tələbələr və həm də müəllimlər üçün bir çox elmi-metodiki vəsaitlərin müəllifidir.

Elşən Qafarova qarşı iyrənc kampaniyaya 230 saylı məktəbdə direktor işlədiyi vaxt start verilib. Daha dəqiq desək, 2016-ci ilin iyul ayından başlanılıb. 2014-ci ildən həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini işləyən Ləman Babayeva işlədiyi vaxt xeyli sayda qanun pozuntularına yol verilib.

Deməli, iyun ayının 1-dən 6-sına qədər Rusiyada qardaşının yanına getmək üçün icazə alıb. Gələndən sonra muxtəlif bəhanələr gətirərək məktəbə gəlməyib və bu aralıqlarda gələndə də saat 11:00 da gəlib uzağı 13:00 da gedirmiş. Ondan soruşulanda ki, hara gedirsiniz və o da cavabında: "Təhsil nazirliyində görüşlərim var ora gedirəm”, - deyirmiş.

İşə gecikməsinə görə məktəb direktoruyla arasında vəziyyət getdikcə pisləşirmiş. Bu hal belə də davam edib. İyul ayının 16-si direktor  Elşən Qafarov onu yanına çağıraraq: "Belə olmaz axı, məktəbə gəlmirsən və sənin haqqında məktub bizə göndəriblər ki, bir tərəfin ermənidir və dayın erməni disporu ilə əlaqədədir. Həmdə sənədlər sənin otağında da var bizə lazım olur və belə davam edəcəksənsə, açarları təhvil ver get”, - deyib açarları Ləman Babayevadan təhvil alıb və Ləmanda problem yoxdur deyərək gedir. 

Ləman Babayeva direktordan xahiş edirik ki, məktubu heç kəsə verməsin. Direktor da qeyd edir ki, sənin haqqında gələn bu məktub təkcə mənə yox, Təhsil Nazirliyinədə göndərilib. Rusiyada yaşayan  Belarus vətəndaşı Коваленко Сергей Александрович adlı şəxs məktəb direktoruna, Ləman Babayevanın anasına və Təhsil nazirliyinə məktubunda qeyd edir ki, Ləman Babayevanın bir tərəfi (ana tərəfi)  ermənidir və Rusiyada yaşayan dayısı Erməni diasporu ilə əlaqədədir. 

Məktubu sizə təqdim edirik:
 




Avqust ayının birindən Referduma görə hazırlıqlar başlanan zaman 230 saylı məktəbin direktoru internetin 2 sinifdə olmasını nəzərə alaraq tapşırıq verir ki, internet olan siniflərin birində  yerləşdirilən printerlərin müavinin otağına yerləşdirsinlər. Bunu eşidən Ləman  Babayeva digər müavinə zəng edərək: "Siz kimsiniz mənim otağıma printerləri qoyursuz?”, - deyərək həmkarına hədə-qorxu  gəlir. 

Bu zaman direktor Elşən Qafarov ona zəng edərək deyir: "Lman xanım, axı mən sizinlə danışdım və siz də könüllü olaraq getdiyinizi dediniz. Hətta xahiş etdiniz ki, məktubu heç kəsə verməyin. Bu mənim direktor vəzifəsinə getməyimə mane olacaq. Həm də dediniz ki, mən özüm gedirəm, onsuz da məni direktor verirlər”.

Ləman Babayeva isə Elşən Qafarova hədə-qorxu gələrək: "Lazım olsa, səni direktorluqdan göndərtirərəm”, - deyib telefonu qapadır. Üstündən 5-10 dəqiqə keçməmiş Ləman Babayeva Lahıca ekskursiya getdiyi zaman (Telefon danışığında belə qeyd edilir) tanış olduğu yüksək rütbəli polis məmuru vasitəsilə Elşən Qafarova hədə-qorxu gəlir. 

Həmin telefon danışığını sizə təqdim edirik:
 


Növbəti yazımda Ləman  Babayevanın hansı yüksək vəzifəli polis məmuruyla əlaqədə olduğunu, Xəzər Rayon İcra Hakimiyyətində ona dəstək verən dövlət məmurunu və Təhsil Nazirliyində hansı məmura hədə-qorxu gəldiyini biləcəksiniz...

Azər Kazımzadə

Yazı müəllifin şəxsi bloqundan götürülüb. 
 
Digər şəxslər də münasibət sərgiləyə bilər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook