SON XƏBƏR

Direktor müavinindən ŞOK AÇIQLAMA: "Məktəbdə “patı” satılır" (FOTO)

Yanvar 26
20:00 2022
Şagirdlərin tərbiyəsizlik etdiyi orta məktəblə bağlı şok faktlar yayılıb.

Lent.az-ın məlumatına görə, 165 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Validə Ağalarova "Bizimyol.info”ya açıqlamasında bildirib ki, həmin görüntülərdə olan şagirdlə bağlı əvvəllər də dəfələrlə polis idarəsinə müraciət edilib: "Bu uşaq polislərin nəzarətində olan, çətin tərbiyə olunan uşaqdır. Həmin şagird bir müəllim yox, neçə-neçə müəllimlərin başına oyun açıb. Bu uşaq məktəbə siqaret gətirib uşaqlara paylayır. Hətta "patı” gətirib satdığı deyilir. Biz bu barədə dəfələrlə müvafiq orqanlara məlumat vermişik. Hətta sənədləşdirib, Qubada çətin tərbiyə olunan uşaqların oxuduğu məktəbə göndərmək istəyirdik. Pandemiya düşdüyü üçün bu iş yarımçıq qaldı.

Bizi hədələyir. Deyir ki, dayım polisdə işləyir. Biz bilmirik, bu uşaqla necə mübarizə aparaq”.
 
 
Validə Ağalarova, Təlim-tərbiyə işləri üzrə direktor müavini

V. Ağalarovanın sözlərinə görə, həmin şagird normal ailənin övladı deyil: "Çünki 9 ildir bu məktəbdə oxuyur, amma nə atasını, nə də anasını tanımırıq. Bir neçə il əvvəl nənə-babasının evini tapdıq. Onlar da bizə dedilər ki, "biz o uşağı tanımırıq, heç tanımaq da istəmirik. Çünki gəlib bizdən oğurluq edir. Bizə bir nömrə verib valideyni kimi danışdırır. Amma polis dünən dedi ki, sizin danışdığınız adam heç onun anası deyil.

Müəllim neyləsin? Müəllimin, uşağa söz deyə bilmir. Bir söz deyən kimi müəllimi nə hala salırlar. Həmin görüntülərdəki müəllimə, çox savadlı bir insandır, illərin müəllimidir.

Biz günahı uşaqda yox, onun ailəsində görürük. Çünki tərbiyə ailədən gəlir. Günün 5-6 saatını uşaqlar məktəbdə olur. Qalan vaxtı ailəsi ilə keçirir”. 
 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook