Direktor Elvinaz Nadirovanın maaşı ilə uzlaşmayan obyekti... - FOTO

Aprel 15
10:07
2025
Azərbaycanda fəaliyyət göstərən əksər məmurların bizneslə məşğul olması heç kimə sirr deyil. Aylıq vəzifə maaşları 1000-1500 manat civarında olan məmurların sahib olduqları yüz min, bəzən isə milyonlarla ölçülən obyektlərin hansı vəsaitlə əldə etməkləri ölkə ictimaiyyətini həmişə düşündürüb.
Qlobal.az xəbər saytının araşdırması zamanı məlum oldu ki, obyektə sahib olan məmurlardan biri də Xəzər rayonunun Binə qəsəbəsindəki 326 nömrəli tam orta məktəbin direktoru Elminaz Nadirovadır.

Elminaz Nadirova Suraxanı rayonu Hövsan qəsəbəsi İ Əhlimanov küçəsi 85 A ünvanında obyekt inşa etdirib.
Məktəb direktorunun inşa etdirdiyi obyektin ümumi sahəsi rəsmi sənədlərdə 46 kvadrat metr göstərilir.
Obyektin hazırkı bazar qiymətinin 90-120 min manat civarındadır.
Aylıq vəzifə maaşı 1000-1200 manar areası olan məktəb direktorunun sözügedən obyekti hansı vəsaitlə əldə etməsi ciddi suallara yol açır.
Məsələ ilə bağlı qarşı tərəf mövqe sərgiləyə bilər.
Cahandar Laçınlı
Qlobal.az
