SON XƏBƏR

Diplomlarımız niyə xaricdə tanınmır?

Fevral 28
00:19 2019
Azərbaycandakı bəzi ali məktəblərin məzunları hələ də xaricdə işə düzəlmək imkanından məhrumdur. Bu problemlə təkcə Avropa dövlətlərində deyil, yaxın qonşularımız Rusiya, İran, Gürcüstan və hətta Türkiyədə də qarşılaşmaq olur. Amma ekspertlər hesab edir ki, burada günah təkcə diplomda deyil, həm də məzunların özündədir. 

ARB TV-nin "Günə doğru” proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb.

Kamran Əsədov - Ekspert: "Azərbaycan diplomlarının xarici ölkələrdə tanınması ilə baglı hüquqi problem yoxdur. Sadəcə olaraq onlar bizi savad olaraq qəbul etmirlər. Yəni onlar düşünürlər ki, Azərbaycanda tibb ixtisası üzrə təhsil alan şəxslərin bilikləri Almaniyada, Türkiyədə, ABŞ-da təhsil almışlardan aşağıdır. Diplomlarımızın tanınmağı ilə baglı problem yoxdur. Probem bizi bilikli və bacarıqlı şəxs olaraq qəbul edilməyimizlə bağlıdır”.

Diplomların tanınmaması problemi çox vaxt orada yazılan ixtisaslarla bağlı olur. Azərbaycandakı ali məktəblərdə bəzən elə ixtisas adlarına rast gəlmək olur ki, dünya təhsil sisteminin heç bir pilləsində onun ekvivalentini tapmaq mümkün olmur. 

Kamran Əsədov - Ekspert: "Azərbaycanda tibb sahəsi üzrə tibbi profilaktika ixtisası var. Amma dünyanın heç bir ölkəsində bu yoxdur. Təbii ki, bu ixtisası bitirən gənc gedib xarici ölkədə öz diplomu ilə baglı iş tapa bilmir. Və yaxud təhsilin digər pillələrində təhsil ala bilmir”.

Buna görə də növbəti tədris ilindən ali məktəblərdə bir çox istisas adlarının dəyişdirilməsinə qərar verilib. Amma məsələ təkcə hüquqi prosedurun həlli ilə bitmir. Diplomların xaricdə tanınması üçün ali məktəblərin beynəlxalq nüfuzu, imici yüksək olmalıdır.

Bulxan Xəlilov – ADPU-nun kafedra müdiri: "Universitet nə qədər nüfuzlu olacaqsa, onun məzunları da peşəkar olacaq. Universitetin nüfuzlu olmagı üçün o universitetdə tədris olunan fənlər dünya standartlarına uygun gəlməlidir. Yəni fənnin standartı dünyəvi olmalıdır. O fənnin proqramı dünyəvi olmalıdır. əsas məsələ professor-müəllim heyətidir. Birlikdə universitetin imicini yaradırlar”.

Hamlet İsaxanlı – "Xəzər universitetinin təsisçisi: "Hər universitetin öz gücü, nüfuzu var. Universitetin gücü, nüfuzu diplomun arxasında durur. Başqa bir ölkədə o universitetdən alınmış diploma baxanda. Onlar sadəcə baxırlar ki, bu hansı universiteti qurtarıb. O universitet öz ölkəsində akkreditasiyadan keçib?, o dünyada tanınırmı?, onun proqramına baxırlar. Onun nələr keçdiyi dünyadakılarla səsləşirmi, uygundurmu?”.

Ekspertlər hesab edir ki, universitetlər qarşısında konkret hədəflər qoyulmalıdır. Ali məktəblər ilk növbədə yerli, sonra xarici əmək bazarının tələblərinə cavab verən kadrlar hazırlamalıdır. Bu da onların beynəlxaq nüfuzunun güclənməsinə, diplomlarının xaricdə tanınmasına, məzunlarının isə daha rahat iş tapmasına gətirib çıxaracaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook