SON XƏBƏR

"Diplomatlara qarşı istənilən hücum qəbuledilməzdir" - Fransa XİN

Yanvar 28
13:47 2023
Fransa ötən gün Azərbaycanın İrandakı səfirliyinə qarşı insan tələfatı ilə nəticələnən hücumu pisləyir.

APA-nın xəbərinə görə, bu barədə Fransanın Xarici və Avropa İşləri Nazirliyinin bəyanatında bildirilib.

Bəyanatda deyilir:

"Fransa ötən gün Azərbaycanın İrandakı səfirliyinə qarşı bir səfirlik əməkdaşının ölümü, ikisinin isə yaralanması ilə nəticələnən hücumu pisləyir.

Biz həlak olan şəxsin ailəsinə başsağlığı veririk. Diplomatlara və diplomatik korpusa istənilən hücum qəbuledilməzdir.

Biz İran hakimiyyətini ölkədəki əcnəbi diplomatları qorumağa və bu hücumu öz səlahiyyətlərinə uyğun şəkildə araşdırmağa çağırırıq”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook