Dini, yoxsa rəsmi nikah? — VİDEO
İyun 22
07:50
2016
Ötən il ölkədə nikahdan kənar 24 min uşaq doğulub.
2015-ci ildə Azərbaycanda rəsmi nikahlardan 24 min 38 körpə dünyaya gəlib.
Xəzər xəbər məlumat verir ki, bu rəqəmlər ölkədə rəsmi nikahı nəzərə almayanların sayının az olmadığının göstəricisidir.
Rəsmi nikahın olmaması gələcəkdə ailədə baş verə biləcək hər hansı bir münaqişə zamanı ciddi problemlərin yaranmasına səbəb olur. Boşanma hallarında əmlak bölgüsü və ya alimentin alınmasında qadınlar çətinliklər ilə qarşılaşırlar.
Rəsmi nikahın olmaması həmçinin qeyr-rəsmi nikahdan doğulan uşaqların artmasına səbəb olur. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2015-ci ildə rəsmi qeydə alınmamış nikahdan doğulan uşaqların sayı 24 min 38 nəfər olub. Onlardan 9 min 411 nəfəri şəhər yerlərində, 14 min 627-i isə kənd yerlərində dünyaya gəlib.
İlahiyyatçılar etiraf edirlər ki, dini nikahdan sui-istifadə edənlər var. Onlar cütlüklərin ailə hüquqlarının təminatı üçün rəsmi nikahın vacibliyini vurğulayırlar.
Qlobal.az