Din xadimləri üçün Attestasiya Komissiyası yaradılacaq
Aprel 15
01:29
2022
Din xadimləri üçün Attestasiya Komissiyası yaradılacaq.
Bunu "Report"a müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib.
Onun sözlərinə görə, din xadimlərini həmin komissiya attestasiya edəcək: "İstər din xadimi olmaq istəyənlərin, istərsə də attestasiyada iştirak edənlərin din, dil, qanunvericilik bilikləri, dünyagörüşləri və peşə bacarıqları yoxlanılacaq. Bunun üçün imtahan-müsahibə və attestasiya proqramları əvvəlcədən hazırlanacaq və rəsmi qaydada təsdiqlənəcək".