DİN “Sputnik Azərbaycan” işinə görə cinayət işi başladıb - Həbslər var

İyul 01
14:36
2025
Daxili İşlər Nazirliyinin (DİN) "Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında ("Sputnik Azərbaycan”) keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə 7 nəfər saxlanılıb.
APA-nın əldə etdiyi məlumata görə, Cinayət Məcəlləsinin dələduzluq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri cinayət işi başlanaraq 2 nəfər həbs edilib, digər 5 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Qeyd edək ki, dünən DİN "Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında əməliyyat keçirib.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.