DİN rəsmisi: "Son illər jurnalist - polis həmrəyliyi daha da gücləndirilib"
May 24
15:52
2022
"İşğaldan azad olunmuş bölgələrin adlarının simvolik yox, sözün həqiqi mənasında oyun keçirilən tədbirlərdə çəkilməsi qürurlu haldır. Hər birimiz Vətənimiz, dövlətçiliyimiz, milli dəyərlərimiz üçün çalışırıq".
"Report"un məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev İdman Araşdırmalar Mərkəzinin və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kuboku barədə danışarkən deyib.
A qrupunda "Füzuli" və "Xocavənd" komandalarının oyununu izləyən Hacıyev bütün iştirakçılara uğurlar diləyib:
İyulun 2-də Beynəlxalq İdman Jurnalistləri günü ilə Azərbaycanda Polis günü qeyd olunacaq. E.Hacıyev bu münasibətlə polislər və idman jurnalistləri arasında turnirin təşkili ideyasına da münasibət bildirib: