SON XƏBƏR

DİN-dən qaçırılan Zəhra Bağırzadənin oğurlanması haqqında daha bir açıqlama

İyun 08
15:28 2019
Azyaşlı Zəhra Bağırzadəni oğurlayaraq dilənçiliyə cəlb etmiş Masallı rayon sakini T.Nəzərova saxlanılıb.

Qlobal.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 4-də 2015-ci il təvəllüdlü Zəhra Bağırzadənin Sabunçu qəsəbəsində yaşadığı evdən çıxaraq geri qayıtmaması barədə Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət daxil olub.

Müraciətlə əlaqədar Əlahiddə Çevik Polis Alayı, Bakı Şəhər Baş Polis, Sabunçu və Nizami Rayon Polis idarələri əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlərlə azyaşlının Masallı rayon sakini T.Nəzərova tərəfindən oğurlanaraq dilənçiliyə cəlb edilməsi müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində T.Nəzərova Q.Qarayev prospektində, metronun "Neftçilər” stansiyasının yaxınlığında Zəhra Bağırzadə ilə birgə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Uşaq valideynlərinə qaytarılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook