SON XƏBƏR

DİN-dən pirotexniki vasitə satanlara xəbərdarlıq

Dekabr 22
14:19 2021
Daxili İşlər Nazirliyi (DİN) partlayıcı və tezalışan maddələrin satışı ilə məşğul olan şəxslərə müraciət ünvanlayıb.

Bu barədə DİN-nin KİV və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələri, pirotexniki məmulatları satan şəxslər cəzalandırılacaq:

"Polis araşdırır, etməyin, çəkinin bu əməllərdən. Təhlükəsizlik standartlarına cavab verməyən bu vasitələr insan sağlamlığına mənfi təsir göstərməklə yanaşı, tezalışan maddə olduğu üçün ziyan verə, böyük fəsadlar törədə bilər”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook