DİN-dən Gəncədəki həbslərlə bağlı - Açıqlama
Oktyabr 24
10:18
2015
Gəncədə bir qrup şəxs Aşura günü ilə əlaqədar olaraq Şah Abbas məscidindən İmamzadə istiqamətində qanunsuz yürüşə cəhd ediblər.
Qlobalinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadənin ans press-ə danışıb. O, bunun reallaşmağına imkan verilmədiyini qeyd edib:
"İntensivliyin gur olduğu ərazidə nəqliyyatın normal hərəkətini, eyni zamanda yürüşə cəhd iştirakçıları da daxil olmaqla şəhər sakinlərinin təhlükəsizliyi təmin etmək məqsədi ilə polis qanunsuz yürüş cəhdinin qarşısını alıb”.
Nazirlik əməkdaşının sözlərinə görə, polisin qanuni tələblərinə tabe olmayan bir neçə şəxs saxlanılıb. Hazırda həmin şəxslər barədə araşdırmalar gedir və qanunveciliyə uyğun olaraq onlar barədə tədbir görüləcək.



