DİN Biləcəridəki güllələnmə barəsində məlumat yaydı
Yanvar 09
16:43
2016
Daxili İşlər Nazirliyi ötən gecə Bakıda baş vermiş güllələnmə hadisəsi ilə bağlı məlumat yayıb.
Qlobalinfo.az DİN-in saytına istinadən xəbər verir ki, yanvarın 9-da Abşeron rayon sakini Elnar Canatovun Biləcəri qəsəbəsindəki işlədiyi mağazanın qarşısına gəlmiş qohumu, qəsəbə sakini Mehman Fəsədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə ona sifət nahiyəsindən xəsarət yetirib hadisə yerini tərk edib. E.Canatov xəstəxanaya yerləşdirilib.
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Fəsədov tutulub, ondan "İJ-58” markalı tüfəng və 5 ədəd patron götürülüb



