SON XƏBƏR

DİN Bakıda "qazi"nin saxlanılması ilə bağlı məlumat yaydı - VİDEO

Fevral 08
15:19 2021
Paytaxtın Yasamal rayonunda qazi adı ilə vətəndaşlara yaxınlaşaraq insanlardan pul istəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı bu əməli törətməkdə şübhəli bilinən vətəndaş Elbrus Hüseynov tutulub.

Polis Bölməsində araşdırma aparılan zaman onun ümumiyyətlə heç bir hərbi əməliyyatda iştirak etmədiyi məlum olub.

Elbrus Hüseynov qolundakı tibbi sarğıya baxış zamanı zədə və yaralanma əlamətləri də aşkar edilməyib.

Qəsdən insanları aldatmaq və guya Vətən Müharibəsi qazisi görüntüsü yaratmaq üçün qolunu sarıyan Elbrus Hüseynov barəsində 26-ci Polis Bölməsində araşdırmalar davam etdirilir.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook