SON XƏBƏR

DİN AXCP üzvünün həbsiylə bağlı açıqlama yayıb

Fevral 07
10:10 2023
 "Lökbatan dairəsi”ndə 43 yaşlı kişi bıçaqlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, fevralın 7-si gecə saat 1 radələrində Qaradağ rayonu ərazisindəki "Lökbatan dairəsi” adlanan yerdə naməlum şəxs xuliqanlıq zəminində Sahil qəsəbə sakini 1980-ci il təvəllüdlü Natiq Bafadar oğlu Süleymanova bıçaqla qarın və əl nahiyələrindən xəsarət yetirərək hadisə yerindən uzaqlaşıb.

Yaralı xəstəxanaya yerləşdirilib, Qaradağ RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törədən Salyan rayon sakini 1976-cı il təvəllüdlü Zamin Oqtay oğlu Salayev saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, Zamin Salayev Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvüdür.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook