DİN Aşura mərasimləri ilə bağlı vətəndaşlara müraciət edib
Avqust 03
10:11
2022
Daxili İşlər Nazirliyi (DİN) Aşura mərasimləri ilə bağlı vətəndaşlara müraciət edib.
Müraciətdə deyilir:
"Əziz həmvətənlər!
Cari il iyul ayının 30-dan başlamış Məhərrəm ayında, o cümlədən avqustun 8-nə təsadüf edən "Aşura” günündə dini mərasimlər "Dini etiqad azadlığı haqqında” Azərbaycanın qanununa müvafiq olaraq yalnız məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir.
Mərasim iştirakçılarının təhlükəsizliyi, məscidlərə rahat gediş-gəlişi, dini ayinləri sərbəst və maneəsiz yerinə yetirmələri üçün bütün lazımi tədbirlər görülür.
Piyadaların və yol hərəkətinin digər iştirakçılarının həyatına təhlükə yaradan, tıxaclara səbəb ola bilən hallara yol verilməməlidir.