DİN Aqil Babayevlə bağlı sensasiyalı məlumatlar yaydı
Sentyabr 15
16:32
2021
Özünü 12-ci İmam Mehdi kimi təqdim edərək külli miqdarda dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin əməllərindən zərər çəkən 50 nəfərə qədər vətəndaş bununla bağlı Prezident Administrasiyasına və hüquq-mühafizə orqanlarına müraciət edib.
DİN Mətbuat Xdimətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev "Qafqazinfo”ya açıqlamasında bildirib ki, 50 nəfərə qədər şəxs rəsmi olaraq müraciət edib, ancaq zərərçəkmişlərin sayı 200-dən artıqdır: "Həmin müraciət ərizələrində onlar bildiriblər ki, A.Babayev özünü zühur etmiş imam və ilahi gücə malik olmasına inandıraraq kasıb insanlara yardım etmək, kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olanların inkişafına dəstək adı altında onları aldatma yolu ilə inam və etibarlarından sui-istifadə etməklə külli miqdarda pullarını talayaraq mənimsəyib.
Həmin şəxslərin bir qismi A.Babayevin imkansızlıqdan ona müraciət edən ailəli qadınlara qarşı əxlaqsız hərəkətlər etdiyini da bildiriblər. Qeyd edilib ki, həmin qadınlar bu barədə öz həyat yoldaşlarına və qohumlarına məlumat verəndən sonra onun hərəkətlərindən hiddətlənən təxminən 20 nəfər A.Babayevə zəng edib iddiaları aydınlaşdırmaq üçün görüşmək istədiklərini bildiriblər.
A.Babayev həmin şəxsləri Buzovna qəsəbəsində yerləşən dəbdəbəli bağ evinə dəvət edib. O, ifşa olunduğunu görüb onlardan üzrxahlıq edərək aldığı pulun bir qismini ödəməyə razı olduğunu deyib. Pulun Xətai rayonundakı 5 mərtəbəli villasında olduğunu deyib, həmin şəxsləri ora dəvət edib”.
E.Hacıyev qeyd edib ki, A.Babayev orada pulun 520 min 500 manatını qaytarıb, qalanını üçün isə möhlət istəyib: "Onlar gedəndən sonra Aqil Babayev hüquq-mühafizə orqanlarına şikayət edib ki, bir neçə adam villasına basqın edərək onun 9 milyon manat pulunu aparıblar. Müraciət edənlər qeyd ediblər ki, Aqil Babayevin Xətai və Xəzər rayonlarında 2 milyon dəyərində bağ evi və villası var.
21 ildir bu formada dələduzluqla məşğul olduğu deyilən Aqil Babayevin heç bir yerdə işləmədiyi, heç bir biznesi olmadığı və hər hansı biznesdə ortaq olmadığı iddia olunur. Onun heç bir gəlir mənbəyi yoxdur. Sadəcə tanınmış adamlarla, biznesmenlərlə şəkil çəkdirib, sosial şəbəkə seqmentlərində paylaşımlar etməklə, özü haqqında təəssurat yaradıb.
Qadınlara məcbur edirmiş ki, İmama xoş getsin deyə, günahlarınız yuyulması üçün bağ evimdə pulsuz işləməlisiniz. Həmin qadınlara ödəniş vermədən evində qul kimi işlədirmiş”.
Mayor Hacıyev bildirib ki, A.Babayev Xətai rayonunda yerləşən 5 mərtəbəli villasının zirzəmisində və 5-ci mərtəbəsində xüsusi qəbul otağı yaratmaqla, digər qeyri-əxlaqi hərəkətlər törətdiyi iddia olunur: "Ərizələrdə o da vurğulanır ki, kefi istəyəndə ona inanan adamları yığıb deyirdi ki, mənə "vəhy” gəlib ki, bu gün naharı Dubayda etməliyəm. Həmin şəxslər bildirir ki, "biz də pul yığıb verirdik, o da gedib Dubayda nahar edib gəlirdi””.
Qeyd olunan hallar və Aqil Babayevin digər qanunsuz hərəkətləri ilə bağlı iddiaların təfərratları başlanan cinayət işi üzrə istintaqla araşdırılır.
E.Hacıyev əlavə edib ki, A.Babayevin "Şaurma N1”in şərikinin olması ilə bağlı dövriyyəyə buraxılan informasiya həqiqəti əks etdirmir, yalandır.