SON XƏBƏR

DİM sədri: "İbtidai sinifdə verilən bir sıra anlayışları heç bəzi müəllimlər başa düşmür"

İyul 01
13:21 2024
İbtidai sinifdə verilən bir sıra anlayışları heç bəzi müəllimlər başa düşmür.
 
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə VII ADA 2024 Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, müasir çağırışlara uyğun innovasiyalar tətbiq edilməlidir: "Təbii ki, bu da elmə əsaslanmalıdır".

M.Abbaszadə bildirib ki, təhsil sisteminə problemlər hər zaman kənardan gəlir:
 
"Əvvəllər valideynin tədris aldığı proqramı onun övladı keçirdi. Amma indi elə deyil. Çünki məzmun dəyişib və belə də olmalıdır. Bu gün ortaya repetitorlar çıxıb. Bu, tək bizim ölkədə olan problem deyil. Misal olaraq, ibtidai sinifdə verilən bir sıra anlayışları heç bəzi müəllimlər başa düşmür, o ki qalmışdı valideynlər. Bu kimi uyğunsuzluqları aradan qaldırmaq üçün düşünmək lazımdır".//Report.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook